İbrahimoviç: “Onlar Messi üçün bunu qazanacaqlar”
08.12.2022 - 17:18
"Milan" hücumçusu Zlatan İbrahimoviç Qətərdə keçirilən dünya çempionatında azarkeşlik etdiyi komandanın adını açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, mundialdan kənar qalan isveçli Argentina millisinin çempion olmasını istəyir.
41 yaşlı futbolçu bildirib ki, Cənubi Amerika təmsilçi bunu bacaracaq gücdədir: “Argentinanın kuboka sahib olacağına ümid edirəm. Onlar Lionel Messi üçün bunu qazanacaqlar”.
Qeyd edək ki, Argentina dünya çempionatının 1/4 finalında Niderlandla üz-üzə gələcək. Dekabrın 9-da baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
- Piruzi Marvkvaladze: “Neftçi” qarşısındakı üstünlüyü saxlamaq üçün əlimizdən gələni edəcəyik” - MÜSAHİBƏ
- Rəşad Sadıqov: “Hücum xəttində itkilər bizi çox yordu”
- Dünyanın ən populyar klubu açıqlandı
- Əliyar Ağayevin təyin olunduğu matç qəzaya görə təxirə salındı
- Minifutbol turnirinin püşkü atılıb - FOTO
0
0