“Milan”ın hücumçusu Zlatan İbrahimoviç karyerasını bitirməyə tələsmir.
Apasport.az saytının məlumatına görə, isveçli forvard hazırda özünü yaxşı hiss etdiyini bildirib.
41 yaşlı futbolçu hələ də oynamaq gücündə olduğunu söyləyib: “Daim sağlam olmağa çalışıram. Bu səviyyədə qalacağım müddətdə irəli gedəcəyimi görmək üçün oynamağa davam edəcəyəm. Təslim olmağa başladığım gün ətrafımdakı insanların dürüst olmalarını və zəiflədiyimi demələrini istəyirəm”.
Qeyd edək ki, Zlatan İbrahimoviç hazırda dizindəki zədəni sağaltmaqla məşğuldur. Onun gələn ilin yanvarında kollektivə dönməsi gözlənilir.
- "Neftçi" legionerlərindən biri ilə yollarını ayırmaq istəyir
- Şahin Bağırov Naxçıvanda yeniyetmə qız voleybolçular və məşqçilərlə görüşüb
- “Sabah” Fransa klubu ilə qarşılaşacaq
- "Sabah" tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandı
- Canni İnfantino U-15 Dünya Çempionatına hazırlıq işlərinin gedişi ilə tanış olub - FOTOLAR