2023-cü ilin ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS-in tərtib etdiyi cədvəldə ilin arxada qalan 9 ayında milli çempionatların yüksək liqasında ən çox qol vuranlar yer alıb.
Siyahıda lider dəyişikliyi baş verib. 5 aydır birinci sırada olan argentinalı Herman Kano zirvəni tərk edib. “Fluminense”nin üzvü 23 qolla 5-cidir.
Liderliyi Harri Keyn ələ keçirib. Bu il “Tottenhem” və “Bavariya”da 25 qol vuran ingilis hücumçu planetin ən məhsuldar oyunçusudur.
Eyni sayda qol vuran Mauro İkardi ikincidir. “Qalatasaray”ın argentinalı forvardı əlavə göstəricilərdə Keyndən geri qalır.
İlk “üçlüy”ü Kriştiano Ronaldo qapayır. “Əl-Nəsr”in portuqaliyalı ulduzu 24 dəfə fərqlənib.
Qeyd edək ki, siyahıda dünyanın 100 ən güclü liqasında, həmçinin Paulista və Kariokada vurulan qollar nəzərə alınır.
- Benfikada qalmaqal: Məşqçi və Orkun Kökçü arasında gərginlik
- A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu
- Arda qol vurdu, "Real" qələbə qazandı
- ÇL: “Barselona” “Bavariya”nı darmadağın etdi, “İnter” son dəqiqədə 3 xal qazandı - YENİLƏNİB
- Şahmat üzrə DÇ-də 10-cu tur keçirilib