İkardinin maaşını kim ödəyəcək?
09.09.2022 - 23:41
Mauro İkardinin “Qalatasaray”a keçidinin detalları bəlli olub.
Apasport.az saytının məlumatına görə, PSJ icarəyə göndərdiyi hücumçunun maaşının böyük hissəsini ödəməli olacaq.
Argentinalının Türkiyə klubuna gedişi Fransa təmsilçisinə cəmi 750 min avro qənaət imkanı verəcək. İllik maaşı 6,75 milyon olan İkardiyə vəsaitin digər hissəsini parislilər ödəyəcək. Yəni cənubi amerikalı PSJ-dən 6 milyon, “Qalatasaray”dan 750 min alacaq.
Qeyd edək ki, Mauronun parislilərlə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
- "Neftçi"nin futbolçuları milli komandalarına çağırılıblar
- "Beşiktaş"ın futbolçusu Premyer Liqa yolunda
- Güləşçilərimiz “Çempionlar” turnirinin ilk günündə 2 medal qazanıblar
- Azərbaycan çempionundan qələbə və məğlubiyyət
- Saşa Yunisoğlu: "Futbolçularımız sanki unudub ki, onları azarkeşlər izləyir" - Müsahibə
0
0