"Sanki heç ayrılmamışam, özümü evdəki kimi hiss edirəm".
Apasport.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin türk əsilli alman yarımmüdafiəçisi İlkay Gündoğan İngiltərə mətbuatına açıqlamasında deyib.
33 yaşlı futbolçu "İpsviç Taun"a qarşı matçdan sonra geri qayıtması ilə bağlı fikirlərini səsləndirib:
"Sanki heç ayrılmamışam, özümü evdəki kimi hiss edirəm. Bu möhtəşəm klub üçün yenidən möhtəşəm azarkeşlərin önündə oynamaq böyük xoşbəxtlikdir. Özümü xüsusi hiss edirəm. Daha yaxşı bir başlanğıc düşünə bilməzdim. Burada olduğum üçün çox qürurluyam".
İlkay Gündoğan "Barselona"dan ayrıldıqdan sonra "şəhərlilərlə" 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, ulduz futbolçu "Mançester Siti"nin 4:1 hesablı qələbəsi ilə başa çatmış "İpsviç Taun"la matçın 71-ci dəqiqəsində meydana daxil olmuşdu.
- Sahil Babayev Avropa Oyunlarında medal qazanan boksçularla görüşdü
- "Zirə"dən qolsuz bərabərlik, "Sabah" 8 turdan sonra qələbə qazandı YENİLƏNİB
- “Bakı”nın oyunlarının vaxtı dəqiqləşdi - avrokubokda
- Gənclər arasında Azərbaycan birinciliyi start götürdü
- Yüksək Liqada növbəti turların cədvəlləri açıqlandı