İngilislər Sautqeytə əvəzedici axtarır
19.07.2024 - 21:34
İngiltərə Futbol Federasiyası Qaret Sautqeyti əvəzləyəcək mütəxəssis axtarışındadır.
İngiltərə millisini çalışdıracaq şəxsin UEFA Pro lisenziyası, Premyer Liqa və ya digər böyük liqalarda uğurlu karyerası, liderlik xüsusiyyətləri olmalıdır. Apasport.az xəbər verir ki, bu barədə məlumatı federasiya özü yayıb.
Sautqeyt dövründə İngiltərə yığması ardıcıl iki Avropa Çempionatı finalında məğlub olub.
Qeyd edək ki, ingilislərə 8 il rəhbərlik etmiş mütəxəssis 102 oyunda 64 qələbə, 20 bərabərlik və 18 məğlubiyyət yaşayıb.
- “Milan”ın hücumçusuna 120 milyonluq təklif
- İdmançılarımızın Yay Olimpiya Oyunlarına yolasalma mərasimi keçirilib
- İsveçrə şirkəti AFFA-nın departamentinin fəaliyyətini qiymətləndirib
- Azərbaycanlı məşqçi Gürcüstanda master klass keçəcək
- Sabiq “Liverpul”lu: “O, Zidanın fiziki xüsusiyyətlərinə və texniki bacarığına malikdir”
0
0