İngiltərə millisinin heyətində ciddi itki
19.03.2025 - 10:58

"Çelsi"nin və İngiltərə millisinin futbolçusu Kol Palmer zədə səbəbindən yığmanın heyətindən çıxarılıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məşqdə əzələsini dartan 22 yaşlı oyunçu millinin heyətindən kənarda qalıb.
22 yaşlı yarımmüdafiəçi cari mövsümdə "Çelsi"nin heyətində 33 oyuna çıxıb, 14 qol vurub və 6 məhsuldar ötürmə edib.
DÇ-2026-nın seçmə mərhələsinin K qrupunda İngiltərə martın 21-də Albaniyanı, martın 24-də isə Latviyanı qəbul edəcək.
- Cengiz Ündər: "İstəyimiz ermənilərə qalib gəlib Türkiyəyə xoşbəxt qayıtmaqdır"
- Qurban Qurbanov: “Buradan gedən futbolçuların 80 faizinin getməsini istəməmişəm”
- "Fənərbaxça" və "Trabzonspor" cəzalandırıldı
- I Liqa: "Qəbələ" "İmişli"ni qəbul edir
- “Olimpiakos”un baş məşqçisi: “Qarabağ"a qarşı dominantlıq eləmək asan deyildi"
0
0