İngiltərə millisinin heyətində dəyişiklik baş verib
07.10.2025 - 00:19
İngiltərə millisinin heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, “Çelsi”nin kapitanı Ris Ceyms yığmanın heyətindən kənarlaşdırılıb.
Bu barədə yerli futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.
25 yaşlı sağ cinah müdafiəçisi zədələndiyi üçün millidən uzaqlaşdırılıb.
Onun əvəzinə baş məşqçi Tomas Tuxel “Mançester Siti”də çıxış edən Niko O’Raylini heyətə çağırıb.
Qeyd edək ki, İngiltərə yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uels və Latviya ilə qarşılaşacaq.
- Dünya çempionatının və Azərbaycan Kubokunun oyunları bu kanallarda
- “Fənərbaxça”dan 6 milyonluq təklif
- Boksçularımız Aktauda keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar
- Ayxan Abbasov: “Neftçi”yə qarşı oyun yarımfinal qədər önəmlidir” - MÜSAHİBƏ
- Rövşən Nəcəf: "Qurban Qurbanovun özündən soruşa bilərsiniz"
0
0