İngiltərə millisinin üzvü “Çelsi”dən ayrılır?
21.02.2026 - 11:25
Liam Delap mövsümün sonunda "Çelsi"dən ayrılmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, ingiltərəli forvard az şans qazanmasından narazıdır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Delap yaxın vaxtlarda ayrılmaq istədiyini klub rəhbərliyinə bildirəcək. "Mançester Yunayted", "Nyukasl" və "Everton" 23 yaşlı forvardın xidmətində maraqlıdır.
Qeyd edək ki, "Çelsi" Liam Delapı 2025-ci ilin yayında "İspviç Taun"dan 35 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Samir Musayev: “Qarabağ” oyun baxımından Avropanın bəzi komandalarını qabaqlayır"
- Mehdi Hüseynzadə adına stadionda işıqlandırma ilə bağlı işlər tamamlandı
- Türkiyə millisi dünya çempionatında 1/8 finala yüksəlib
- “Qarabağ” – “Qalatasaray”: 2 saata 25 min bilet satıldı
- İspaniya Kosta-Rikanı darmadağın etdi - YENİLƏNİB
0
0