Bu mövsüm Çempionlar Liqasına vəsiqə qazanan Fransanın “Olimpik Marsel” klubu heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, komanda "Lill"dən Anxel Qomezi öz sıralarına qatıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
24 yaşlı ingilis yarımmüdafiəçi yeni komandasına azad agent kimi qoşulub.
O, bu gün tibbi müayinədən keçmək və 3 illik müqaviləyə qol çəkmək üçün Marsel şəhərinə gələcək.
Ötən mövsüm “Lill” formasıyla 20 matça çıxan Qomez 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Mançester Yunayted" yetirməsi olan futbolçu cari il İngiltərə millisi ilə 4 matça çıxıb.
- “Araz-Saatlı”nın yeni baş məşqçisi müəyyənləşib - RƏSMİ
- “Mançester Yunayted” Antoninin transferindən 50 milyon qazanmaq istəyir
- Yığmamız Avropa kubokunun yarımfinalında
- Türkiyə millisinin heyəti bəlli oldu: Gürcüstan və İspaniya matçları üçün
- Təmsilçimiz "Asiya Qran Pri 2026" turnirində çempion olub