"Real"da ümidləri doğrultmayan Trent Aleksandr-Arnold İngiltərə Premyer Liqasına qayıda bilər.
Apasport.az xəbər verir ki, ingiltərəli futbolçu ölkəsinin 3 klubunun transfer siyahısında yer alıb.
Bu barədə "Defensa Central" məlumat yayıb.
“Mançester Siti”, “Mançester Yunayted” və “Nyukasl” Aleksandr-Arnoldla maraqlanır. Bu klubların hər biri 27 yaşlı sağcinah müdafiəçisi üçün təxminən 40 milyon avro təklif etməyə hazırdır.
Qeyd edək ki, "Real" Trent Aleksandr-Arnoldu mövsümün əvvəlində "Liverpul"dan 10 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol ötürməsi edib.
- “Qalatasaray” Osimhenin əvəzedicisini tapdı
- "Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi növbəti qələbəsini qazanıb
- ÇL: “İnter” məğlub oldu, “Atletiko”dan heç-heçə - YENİLƏNİB
- Fransa millisinin üzvü daha 5 il “Milan”da - RƏSMİ
- Rasim Ramaldanov: "Bu gün Estoniyanı mütləq xalsız evə yola salmalıyıq" - Müsahibə