İngiltərənin məşhur klubları "Real Madrid"in forvardı ilə maraqlanır
01.07.2025 - 08:52
"Real Madrid"in hücumçusu Qonzalo Qarsiya İngiltərə Premyer Liqası təmsilçilərinin diqqətini çəkib.
Apasport.az xəbər verir ki, 21 yaşlı futbolçu Klublararası Dünya Çempionatında qrup mərhələsinin 3 oyununda 2 qol vurub və 1 məhsuldar ötürmə ilə adından söz etdirib.
İngiltərənin üç aparıcı klubu Qarsiyanı öz sıralarına cəlb etmək istəyir. Konkret adlar hələ açıqlanmayıb, lakin futbolçunun özünün getmək istəmədiyi artıq məlumdur.
Qonzalo Qarsiyanın müqaviləsində 50 milyon avroluq sərbəst qalma maddəsi var. "Transfermarkt" forvardın dəyərini 8 milyon avro olaraq qiymətləndirir.
- Yunis Hüseynov: "Düşünürəm ki, "Qarabağ" möhtəşəm oyun göstərəcək"
- "Formula 1" üzrə Azərbaycan Qran-prisinin Könüllü Proqramının növbəti mərhələsi uğurla başa çatıb - FOTO
- “Neftçi”nin futbolçusunun müalicəsi başa çatdı
- "Barselona" ilə "Real" rəhbərliyi arasında münasibətlər korlanır
- II Liqaya düşmüşdü - AVROPA LİQASINDA İŞTİRAK EDƏCƏK
0
0