“İnter” 18 yaşlı futbolçu üçün mübarizəyə başlayıb
17.12.2024 - 13:33
“Palmeyras”ın müdafiəçisi Vitor Reis Avropanın daha bir klubunun maraq dairəsinə düşüb.
Apasport.az xəbər verir ki, 18 yaşlı futbolçuya iddialılar siyahısına “İnter” də qoşulub.
Milan klubu yüksəlişdə olan braziliyalı oyunçu uğrunda mübarizədə “Real”, “Arsenal” və “Çelsi” ilə rəqabət aparmağa hazırdır. Lakin “Palmeyras” gənc futbolçusunu satmaq fikrində deyil.
Vitor Reis başa çatan Braziliya çempionatında 18 oyun keçirib, 1 qol vurub.
- "Bakı–Xankəndi" veloyarışına bu gün yekun vurulacaq
- Azərbaycan güləşçiləri “Muhamet Malo” turnirində çıxış edəcəklər
- AFFA-nın təşkilatçılığı ilə fitnes məşqçilik kursunun IV mərhələsi keçirilib
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- 7-ci finalda 6-cı çempionluq – İspaniyadan ikinci DÇ kuboku
0
0