“İnter” argentinalı ilə razılaşdı
16.01.2025 - 22:29
İtaliya A Seriyası komandalarından "İnter" heyətini yeni oyunçu ilə gücləndirəcək.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi "Nyuells Old Boyz"da çıxış edən Tomas Perezin keçidini yekunlaşdırmaq üzrədir.
Bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, "İnter" 19 yaşlı yarımmüdafiəçi üçün Argentina klubuna 7 milyon avro və bonuslar ödəyəcək.
Qeyd edək ki, Tomas Perez "Nyuells Old Boyz"un yetirməsidir. Argentinalı futbolçu bu mövsüm klubunun heyətində keçirdiyi 29 rəsmi matçda 1 qol vurub.
- Təmsilçilərimiz paralimpiadaya Fransada hazırlaşırlar
- Azərbaycan Karate Federasiyası WKF-yə rəsmi üzv qəbul edilib
- Avarçəkənlərimiz Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
- İki boksçumuz Dünya kubokunun yarımfinalında
- Murad Musayev: “Böyük faciə baş verməyib, onlara inanırıq” - MÜSAHİBƏ
0
0