İtaliya A Seriyası təmsilçilərindən “İnter” yayda yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda Fransanın “Marsel” klubunda çıxış edən 23 yaşlı Luiz Enrike ilə yaxından maraqlanır.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, “İnter” oyunçu ilə danışıqlara başlayıb. Braziliyalının özü də bu transferə müsbət yanaşır.
Liqa 1 təmsilçisi bu keçid üçün italyanlardan 35 milyon avro tələb edir.
Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm “Marsel”in heyətində meydana çıxdığı 31 rəsmi matçda 9 qol, 8 assistlə yadda qalıb.
- ÇL: "İnter"dən minimal hesablı qələbə, "Siti" səfərdə sülhə razılaşdı
- "Azərreyl"in voleybolçusu: "Turnir cədvəlindəki yerimizi qorumağı düşünürük"
- Yığmamızdan 8 ilin ANTİREKORDU
- “Makkabi”nin futbolçusu: “Üçüncü dəfədir Azərbaycana gəlirəm”
- Aqil Nəbiyev: “Qələbəni şəhid ailələrinə və qazilərimizə həsr edirik” - VİDEO