“İnter” fransalı forvard üçün 50 milyon tələb edir
01.04.2026 - 23:07
"İnter"in hücumçusu Anj-Yoan Bonni yayda komandadan ayrıla bilər.
Apasport.az xəbər verir ki, "Əl-Hilal" və PSJ fransalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
Milan təmsilçisi 22 yaşlı forvard üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, "İnter" Anj-Yoan Bonnini mövsümün əvvəlində "Parma"dan 23 milyon avroya transfer edib. Fransa U-21 millisinin üzvü Milan təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- Misli Premyer Liqası: III turun oyun cədvəli bəlli olub
- Azər Salahlı: "Cavab matçına üstün yollanmaq istəyirik"
- Dursun Özbekdən söz: "Liverpul"u keçin, bu qədər pul verəcəm"
- Kişilər arasında ACF turunun ikinci yarışı keçiriləcək
- "Arsenal" Tzolisi rəsmən açıqladı – Yunanıstanlı vingerlə 5 illik müqavilə
0
0