“İnter” hücumçusunu itirdi
02.10.2022 - 22:46

“İnter” daha bir itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, Lautaro Martines “Roma” ilə A seriyasının matçında (1:2) xəsarət alıb.
Hücumçu növbəti oyunu buraxmalı olacaq. Argentinalı Çempionlar Liqasının “Barselona” ilə oktyabrın 4-dəki görüşündə forma geyinə bilməyəcək.
Düzdür, Lautaro “Roma” ilə qarşılaşmanı sona çatdırıb. Lakin məşqçilər korpusu onun sağlamlığı ilə risk etməmək üçün növbəti oyunda istirahət verəcək.
Qeyd edək ki, “İnter” digər hücumçusu Romelu Lukakunun da xidmətindən məhrumdur.
- “Səbail” son dəqiqədə sevindi, “Sabah”dan növbəti xal itkisi - YENİLƏNİB
- Hüseyn Yüceldən şok iddia: "Serdal Adalı sponsorluq üçün anlaşdığımız şirkətin müdirini təhdid edib"
- Pley-off matçını idarə edəcək hakimlər briqadası açıqlandı
- Premyer Liqa: “Siti” 3 xalı 1 qolla qazandı
- “Zirə” milli üzvünə elçi düşdü
0
0