“İnter Mayami” İnyesta ilə razılığa gəldi
21.07.2023 - 12:22
“İnter Mayami” daha bir ulduzu heyətinə qatmağa yaxındır.
Apasport.az saytının məlumatına görə, ABŞ klubu Andres İnyestanın xidmətində maraqlıdır.
İspaniya millisinin və “Barselona”nın sabiq yarımmüdafiəçisi ilə ilkin razılıq əldə olunub. 39 yaşlı futbolçu yaxın günlərdə sabiq komanda yoldaşları Lionel Messi və Serxi Busketsə qoşula bilər.
Qeyd edək ki, iyulun 2-də “Vissel Kobe”dən ayrılan İnyesta azad agent statusuna malikdir.
- "Çelsi"nin baş məşqçisi Qurban Qurbanov haqda: "17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir"
- Azərbaycanlı taekvondoçu beynəlxalq turnirdə bürünc medal qazanıb
- Van Basten: “O, əsl ağlayan uşaqdır”
- Vaqif Cavadov: "Neftçi" kimi klubun bizim oyunçuları istəməsi xoşdur”
- "Qarabağ" - "Neftçi" matçının biletləri satışda
0
0