"İnter" müqaviləsi gələn ilin yayında başa çatan Denzel Dyumfrisi uzun müddət komandada saxlayacaq.
Apasport.az xəbər verir ki, İtaliya çempionu niderlandlı sağ cinah müdafiəçisi ilə yeni müqavilə barədə razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Milan təmsilçisi qarşıdakı günlərdə 28 yaşlı futbolçu ilə 2028-ci ilin iyun ayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalayacaq.
Qeyd edək ki, "İnter" Denzel Dyumfrisi 2021-ci ilin yayında PSV-dən transfer edib. Niderlan millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol vurub.
- Yeniyetmə cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşib - FOTO
- Günün canlı yayımlanacaq qarşılaşmaları
- Azər Bağırov: "DAK Dunayska Streda" "Şerif"dən zəif komanda deyil" - Müsahibə
- "İnter Mayami"dən Messinin zədəsi ilə bağlı açıqlama
- “Qarabağ”a qol vuran futbolçu: “Bəxtimizdən oyunu çevirdik” - MÜSAHİBƏ