“İnter” onunla razılaşdı, qaldı klubu
04.08.2023 - 17:50
“İnter”in Canluka Skamakkanın transferi üçün israrı davam edir.
Apasport.az saytı xəbər verir ki, italyanlar “Vest Xem”in 24 yaşlı hücumçusunu almaqda qərarlıdırlar.
Milan təmsilçisinin İtaliya millisinin üzvü üçün 20 milyon avroluq ilk təklifi ingilislər tərəfindən qəbul olunmayıb. Danışıqları davam etdirən “neradzurri” təklifi artıraraq 28 milyon avro edib. Futbolçunun özü ilə razılıq əldə edən A seriyası təmsilçisi qarşı tərəfin cavabını gözləyir.
Qeyd edək ki, son mövsümdə İngiltərə Premyer Liqasında 16 matça çıxan Skamakka 3 qolla yadda qalıb.
- İsveçrə millisinin forvardı “Qarabağ”a keçidə razılıq verdi - ÖZƏL
- Samir Abasov: "Sırf futbolçunun keyfiyyəti ilə bağlıdır"
- Millətlər Liqası: Yığmamız İsrail seçməsi ilə heç-heçə edib
- Andrey Popoviç: "Gürcüstanda gənc futbolçular Avropaya gedir, Azərbaycanda isə..."
- “Qəbələ”dən ilk: Startda üç qələbə
0
0