“İnter” yarımmüdafiəçisini itirdi – 4 həftəlik
27.09.2022 - 23:25
Xorvatiya və “İnter”in futbolçusu Marselo Brozoviçin durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, dayaq yarımmüdafiəçisi 3-4 həftə oynamayacaq.
Millətlər Liqasının Avstriya ilə görüşündə (3:1) xəsarət aldığı üçün 18-ci dəqiqədə əvəzlənən Brozoviç Çempionlar Liqasında iki oyunu buraxacaq. O, “Barselona” ilə görüşlərdən kənar qalacaq.
Qeyd edək ki, futbolçu cari mövsüm “İnter”də keçirdiyi 9 oyunda 2 qol vurub.
- “Savadalens”in futbolçusu: “Azərbaycanda 1-2 klub var ki, təklif olsa, gözdən keçirmək mümkündür” - MÜSAHİBƏ
- Azər Bağırov: “Araz-Naxçıvan”da böyük işlər gördüm, özü də qısa vaxtda" - MÜSAHİBƏ
- Türkan Nəsirova və Jalə Əliyeva Avropa çempionatının yarımfinalında
- "Barselona"nın 4 futbolçusu "Napoli" ilə oyunu buraxacaq
- Bekhemin oğlu “Brentford”da
0
0