“İnter” müdafiəçisi Federiko Dimarko ilə müqaviləni uzatmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə italiyalı insayder Nikolo Skira məlumat yayıb.
Milan təmsilçisi 28 yaşlı futbolçu ilə bağlı yeni anlaşma planlaşdırır. Dimarkonun hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. “İnter” rəhbərliyi əvvəlcə sözləşmədəki uzatma bəndini aktivləşdirərək müqaviləni 2028-ci ilə qədər artırmaq niyyətindədir.
Bundan sonra tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar aparılacaq. Məqsəd Dimarko ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan anlaşma imzalamaqdır.
Qeyd edək ki, Dimarko ötən mövsüm “İnter”in heyətində 47 matçda meydana çıxıb, 8 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.