“İnter”də yeni müqavilə - RƏSMİ
29.07.2026 - 20:44
“İnter”də yeni müqavilə - RƏSMİ

“İnter” müdafiəçisi Yann Bisseklə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Milan təmsilçisi almaniyalı futbolçu ilə anlaşmanın müddətini 2031-ci ilin yayına qədər uzatdığını açıqlayıb.

Bissek 2023-cü ildən “neradzurri”nin formasını geyinir. O, bu müddət ərzində “İnter”lə 2023/24 və 2025/26 mövsümlərində İtaliya çempionluğunu qazanıb. Həmçinin İtaliya kuboku və Superkubokunun qalibi olub.

Qeyd edək ki, 25 yaşlı müdafiəçi ötən mövsüm bütün turnirlərdə 36 oyunda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.