“İnter”dən “Montsa”ya
08.07.2023 - 01:26
Roberto Qalyardininn “İnter” karyerası başa çatıb.
Apasport.az saytı xəbər verir ki, 29 yaşlı futbolçu “Montsa”ya keçib.
“İnter”lə müqaviləsi bitən Qalyardini karyerasında yeni səhifə açıb. O, azad agent kimi “Montsa”ya keçib və bir illik müqavilə imzalayıb. Razılaşmanın şərtlərinə görə, tərəflər əlavə bir il də əməkdaşlıq edə bilərlər.
Qeyd edək ki, Qalyardini 2016/17 mövsümündə “İnter”ə keçib. O, bu müddət ərzində 190 dəfə komandanın şərəfini qoruyub. Robertonu hesabında A seriyasında qələbə və iki dəfə İtaliya Superkuboku mükafatı var.
- “Fənərbaxça” - “Beşiktaş” matçının baş hakimi müəyyənləşib
- Kristian Herç: "Sabahkı matçda lazım olan nəticəni əldə etmək istəyirik"
- “Beşiktaş”ın futbolçusu Braziliya klubunda - RƏSMİ
- “Sabah”ın baş məşqçisi: “Bizim kimi rəqib də hər oyuna qələbə üçün çıxır”
- “Udineze” evində, “Verona” səfərdə qalib gəldi
0
0