“İnter”dən yeni təklif
21.01.2023 - 16:39
“İnter” Kris Smollinqi transfer etməyi planlaşdırır.
Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi müdafiəçiyə yeni təklif göndərib.
“Neradzurra” 33 yaşlı ingiltərəli ilə 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalamaq niyyətindədir. Smollinqə illik 3,5 milyon avro maaş təklif olunub.
“İnter” Krisin keçidi üçün yayı gözləyəcək. Həmin vaxt azad agent statusu alacaq müdafiəçi milanlılara pulsuz başa gələcək.
Qeyd edək ki, cari mövsüm 24 matça çıxan Smollinq 3 qol vurub.
- Andorra məğlub etməyə Azərbaycan yığmasını arzulayır
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
- “Şamaxı”dan gedəcək daha 4 futbolçu
- Qurban Qurbanovun qardaşı: "Dedi ki, gəl, səni "Qarabağ"a baş məşqçi qoyaq" - MÜSAHİBƏ
- "Qarabağ"ın 6 legioneri milliyə dəvət alıb
0
0