"İnter"in hücumçusu "Napoli"dən imtina etdi
04.01.2025 - 11:22
"İnter"in mərkəz müdafiəçisi Stefan de Vrij "Napoli"nin təklifini qəbul etməyib.
Apasport.az xəbər verir ki, klub "Yuventus"un kapitanı Danilo ilə müqavilə bağlamazdan əvvəl hollandiyalı futbolçunu transfer etmək imkanlarını nəzərdən keçirib.
Lakin Vrij bu transferdən imtina edib. 32 yaşlı futbolçu "neradzurri"də çıxışını davam etdirməyə üstünlük verir.
Stefan "Napoli"nin baş məşqçisi Antonio Konte ilə 2019-2021-ci illərdə "İnter"in uğurları üçün çalışıb.
Mərkəz müdafiəçisinin Milan nəhəngləri ilə müqaviləsi gələn yay başa çatacaq.
- İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi başlayıb
- Azərbaycan antidopinq sahəsində gender bərabərliyi standartlarının müəyyənləşməsinə rəhbərlik edir
- Xorvatiyalı yarımmüdafiəçi “Fənərbaxça” yolunda
- "Fənərbaxça"da kritik iclas: Saran Tedesko ilə görüşür
- "Braqa"nın futbolçusu: "Azərbaycan çempionatında rəqabət yoxdur"
0
0