“Lukaku bilir ki, biz onu komandaya qaytarmaq istəyirik. Bunun üçün də həll yolu tapmağa çalışırıq”.
Apasport.az saytı xəbər verir ki, "İnter"in idman direktoru Piero Osilio ötən mövsüm "Çelsi"dən icarəyə götürülən hücumçu Romelu Lukaku ilə bağlı vəziyyəti açıqlayıb.
İtaliya klubunun nümayəndəsi belçikalı forvardın komandaya transferi üçün ingilislərlə danışıqlara davam etdiklərini bildirib: “O, hazırda "Çelsi"dədir, əlaqə saxlayırıq. Bizə dedilər ki, Lukakunu yenidən icarəyə verməyi düşünmürlər. Tam keçid üçün imkanları araşdırırıq, daha sonra bunun mümkün olub-olmadığını görəcəyik”.
Qeyd edək ki, 30 yaşlı forvard karyerası ərzində 600 matçda iştirak edərək, 288 qolla yadda qalıb.
- "Zirə" "Şamaxı"nı məğlub etdi, tarixə düşdü
- Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
- Bəxtiyar Musayev: “Neftçi” kuboku qazanmağa borcludur” - MÜSAHİBƏ
- “Qalatasaray” və “Beşiktaş”ın sabiq prezidentləri Burak Elmas və Fikrət Orman saxlanılıb
- "Turan Tovuz", "Neftçi", "Sumqayıt": AZARKEŞLƏR KİMƏ DAHA ÇOX MARAQ GÖSTƏRİR?