"İnter"in yeni transfer hədəfi: Markus Reşford
21.06.2025 - 14:51

"İnter" heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub Markus Reşfordun xidmətində maraqlıdır.
"Neradzurri" onu icarəyə götürməyi planlaşdırır.
Hücumçunun müqavilə ilə məxsus olduğu "Mançester Yunayted" futbolçu üçün 40 milyon funt-sterlinq tələb edir. Lakin Milan təmsilçisi bu məbləği ödəmək niyyətində deyil.
Markusun özü isə yalnız Çempionlar Liqasında çıxış edən komandaya keçməyi planlaşdırır. Onun "qırmızı şeytanlar"la müqavilə müddəti 2028-ci ilə qədərdir.
Qeyd edək ki, Reşford ötən mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib.
0
0