
“Bu mövsüm çempion olacağıq”.
Apasport.az xəbər verir ki, “Fənərbaxça”nın futbolçusu İrfan Can Kahveci maraqlı açıqlamaları ilə gündəm olub.
Mövsümə əla start verən 28 yaşlı hücumameyilli yarımmüdafiçi çempionluq şanslarının yüksək olduğunu düşünür: “Yeni mövsümdə çempion olacağımıza inanıram. Komandadakı atmosfer əladır. Hər kəs qələbəyə fokuslanıb. Bu uğurlu gedişatı davam etdirmək üçün çox çalışırıq”.
Məğlubiyyətsiz gedişatın sirrinin birgə hərəkət etməkdə olduğunu deyən Kahveci azarkeşlərdən onları dəstəkləməyə davam etməsini istəyib.
Qeyd edək ki, Türkiyə Super Liqasında yeni mövsümdə keçirdiyi 7 matçdan da qələbəylə ayrılan “Fənərbaxça” turnir cədvəlinin ilk pilləsində yer alır. Komanda əzəli rəqibi “Qalatasaray”ı 2 xal qabaqlayır.
- Benzema: “Zidan və Ronaldo səviyyəsinə çata bilmərəm”
- Reşford müqaviləni uzadır
- İrəvanda mükafat qazanan idmançı: “Hər iki ölkəni çox yaxşı təmsil etdiyimizi düşünürəm”
- Avropa Liqası: "Beşiktaş" darmadağınla liqa mərhələsinə yüksəldi - YENİLƏNİB
- Qvardiola: "Çempionlar Liqasının yeni formatını başa düşmürəm"