İspaniyalı futbolçu zədələndi - HEYƏTDƏN KƏNARLAŞDIRILDI
06.10.2025 - 21:30
İspaniya milli komandasının heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri heyətdən çıxarılıb.
Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi "Brentford"la matçda zədə aldığı üçün yığmanın heyətindən kənarlaşdırılıb.
Qeyd edək ki, İspaniya seçməsi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Gürcüstanı, 3 gün sonra isə Bolqarıstanı qəbul edəcək.
- AGF-in 15-ci Ümumi Yığıncağı keçirilib
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
- Qılıncoynadanlarımız Çində keçirilən dünya birinciliyində çıxış ediblər
- Stolüstü tennisçilərimiz Avropa Universitet Oyunlarında mübarizəyə başlayırlar
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
0
0