İspaniyalı hücumçu “Barselona”nı tərk edə bilər
30.08.2024 - 13:57
“Barselona”nın hücumçusu Ansu Fati yay transfer pəncərəsinin son günlərində komandasını dəyişə bilər.
Apasport.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Jirona” 21 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.
İspaniyalı forvardın transfer dəyəri 25 milyon avro qiymətləndirilir və onun “Barsa” ilə müqaviləsi 2027-ci ilin iyununda başa çatır.
Fati ötən mövsüm İngiltərənin “Brayton” klubunda icarə əsasında çıxış edib. O, Premyer Liqada keçirdiyi 19 matçda 2 qol vurub.
- "Mançester Yunayted" "Qızıl əlcəy"in sahibi ilə maraqlanır
- Daha bir boksçumuz erməni rəqibinə qalib gəldi - Avropa birinciliyində
- Ziyeç "Çelsi"yə QAYIDA BİLƏR
- Samir Abasov: “Kameranı söndürün, qadınlar çıxsın, mən danışım”
- Ağasəlim Mircavadov: “De Byazi necə vaxt istəyirdisə, yenisi də eynisini edəcək”
0
0