İssa Diop Mərakeşə "həyat verdi" - Matçın oyunçusu seçildi
30.06.2026 - 08:31
Mərakeş millisinin müdafiəçisi İssa Diop fərdi mükafata layiq görülüb.
Apasport.az xəbər verir ki, FIFA onu DÇ-2026-nın 1/16 finalında Niderlandla keçirilən görüşün ən yaxşı futbolçusu seçib.
Diop qarşılaşmada 1 qol vurub, müdafiədə 7 uzaqlaşdırma edib və matçı 8,2 reytinq balı ilə başa vurub.
Qeyd edək ki, Mərakeş əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyunda Niderlandı penaltilər seriyasında məğlub edərək 1/8 finala yüksəlib.
Afrika təmsilçisi növbəti mərhələdə Kanada ilə qarşılaşacaq.
- Uels millisinin üzvü daha 1 il “Tottenhem”də - RƏSMİ
- Qvardiola "Siti"dən ayrılacağını açıqladı: "SƏBƏBİNİ SORUŞMAYIN"
- Rəşad Sadıqov: Rəqibi təhlil etmək baxımından müəyyən problem yaşayırıq
- Şahin Diniyev: "Səbail" avrokuboklarda oynamağa layiq komandadır"
- Yığmamız Avropa çempionatında 3 medal qazanıb
0
0