İtaliya A Seriyasında növbəti təxirəsalma
25.04.2025 - 00:30

İtaliya A Seriyasında daha bir matç təxirə salınıb.
Apasport.az xəbər verir ki, XXXIV turun “Atalanta” – “Leççe” oyunu keçirilməyib.
Buna səbəb qonaqların fizioterapevti Qratsiano Fioritanın vəfat etməsi olub.
Klub işçisi matçdan öncə otağında ölü tapılıb.
Bunu "Leççe"nin mətbuat xidməti açıqlayıb. Görüş aprelin 27-nə təxirə salınıb.
Qeyd edək ki, daha öncə Vatikanın prezidenti Papa Fransiskin vəfatı səbəbindən A Seriyasının XXXIII və XXXIV turları təxirə salınmışdı.
0
0