İtaliya çempionatında ayın futbolçusu seçildi
10.02.2024 - 11:48
İtaliya çempionatında yanvar ayının nəticələrinə əsasən ən yaxşı futbolçu seçilib.
Apasport.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Turin “Yuventus”unun mərkəz hücumçusu Duşan Vlahoviç fərdi mükafata layiq görülüb. Serbiyalı forvard ötən ay A seriyasında 4 oyunda iştirak edib, 6 qol vurub.
Bu görüşlərdə “qoca sinyora” 3 dəfə qalib gəlib, 1 dəfə heç-heçə edib. İtaliya çempionatının bu mövsümündə Vlahoviç 21 oyun keçirib, 12 qol (biri penaltidən) və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Emin Əmrullayev Türkiyə Basketbol Federasiyasının prezidenti ilə görüşüb
- Ölkədən kənarda Azərbaycanın 22 idmançısı antidopinq testindən keçib
- Trossard dubl etdi - Matçın oyunçusu seçildi
- Dortmund klubu "Çelsi"nin transfer hədəfi üçün 70 milyon avro tələb edir
- Siyasət Əsgərov: “Bu nəticəyə görə komanda adından üzr istəyirəm”
0
0