İtaliya klubundan La Liqaya
02.01.2026 - 22:35
İtaliya klubundan La Liqaya

“Latsio”nun müdafiəçisi Nuno Tavareş karyerasını “Atletiko”da davam etdirə bilər.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, madridlilər mümkün transferin şərtləri ilə bağlı məlumat əldə etmək üçün kluba müraciət ediblər.

Hazırda məsələ yalnız maraq səviyyəsindədir – klublar arasında konkret danışıqlara hələ başlanmayıb. “Latsio” 2025-ci ilin yayında portuqaliyalı futbolçunun transfer hüquqlarını “Arsenal”dan 5 milyon avroya alıb. Buna qədər Tavareş Roma təmsilçisində icarə əsasında çıxış edirdi.

25 yaşlı müdafiəçinin “Latsio” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.