İtaliya millisinin üzvü “Barselona”nın radarında
25.03.2026 - 19:38
“İnter”in futbolçusu Alessandro Bastoni karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, italiyalı müdafiəçi ilə “Barselona” yaxından maraqlanır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Kataloniya təmsilçisi artıq bir neçə aydır 25 yaşlı futbolçunun mümkün transferini nəzərdən keçirir.
Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm “İnter”in heyətində meydana çıxdığı 35 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Milan klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
- "Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
- Azərbaycanın əməkdar məşqçisi vəfat edib
- Prezident: "Xankəndidəki stadionun yenidən qurulması gələn il başa çatmalıdır"
- Bu il Azərbaycanda 79 beynəlxalq yarış keçirilib
- Mehman Alışanov: “Futbol bu sahəyə yad adamların əlinə keçib” - OFSAYD
0
0