İtaliya millisinin üzvü “Flamenqo”da çıxış edə bilər
23.04.2025 - 17:56
İtaliya millisinin üzvü “Flamenqo”da çıxış edə bilər

“Arsenal” və İtaliya millisinin üzvü Jorjinyo karyerasını Braziliyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 33 yaşlı oyunçu ilə “Flamenqo” yaxından maraqlanır.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Braziliya təmsilçisi yayda yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırır.

Xatırladaq ki, Jorjinyo “Arsenal”a 2023-cü ildə “Çelsi”dən 11,3 milyon avro qarşılığında transfer olunmuşdu.

İtaliya millisinin üzvü bu mövsüm “topçular”ın heyətində iştirak etdiyi 26 rəsmi matçda 1 qolla yadda qalıb.