“Napoli” ilə komandanın hücumçusu Viktor Osimhen arasında qalmaqal böyüyür.
Apasport.az saytı xəbər verir ki, İtaliayanın idman naziri bununla bağlı açıqlama yayıb.
Nazir Con Ovan Enox futbolçu ilə bağlı vəziyyəti diqqətdə saxladıqlarını bildirib. O, Nigeriyanın Xarici İslər Nazirliyi və Nigeriyanın İtaliyadakı səfirliyi ilə təmasda olduqlarını məsələ ilə bağlı bütün diplomatik kanallardan istifadə olunacağını qeyd edib. Enox idmanda diskrimansiyaya yer olmadığını və idmançıların hörmət göstərilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Osimhen klubun rəsmi TikTok səhifəsində onu alçaldıcı video paylaşdığı üçün “Napoli”ni məhkəməy verməyi planlayır. Onun “Bolonya” (0:0) ilə qaçırdığı penalti səhifədə gülüş mənbəyinə çevrilib.
- FİDE-də seçkilər: Mahir Məmmədov vitse-prezident seçildi
- DÇ-2022: Mundiallar tarixinin 3-cü qapıçısı
- "Sumqayıt"ın qapıçısı: “Fehervar”a görə narahat deyiləm"
- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
- VI turun təyinatları bəlli oldu