“Parma” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi “Atalanta”nın hücumçusu Əl-Bilal Turenin transferini rəsmən açıqlayıb.
24 yaşlı forvard yeni klubuna icarə əsasında keçib.
Müqaviləyə əsasən, “Parma” oyunçunun tam transfer hüquqlarını 10 milyon avroya almaq imkanına sahib olacaq. Həmçinin anlaşmada növbəti satışdan 10 faiz pay maddəsi də yer alıb. Müəyyən şərtlərin reallaşacağı təqdirdə, bu bənd məcburi satınalmaya çevriləcək.
İtaliya klubu icarə haqqı olaraq “Atalanta”ya 1,5 milyon avro ödəyib.
Qeyd edək ki, Əl-Bilal Ture 2023-cü ildə “Almeriya”dan 30 milyon avro qarşılığında “Atalanta”ya transfer olunub. O, ötən mövsüm icarə əsasında “Beşiktaş”da çıxış edib. Malili futbolçu İstanbul təmsilçisinin heyətində 22 oyunda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
- Krakov-2023: Boksçularımızın rəqibləri müəyyənləşdi
- "Yuventus" mövsümə qələbə ilə başladı - VİDEO
- "Fənərbaxça" Sofyan Amrabat transferini rəsmiləşdirib
- “Bodo Qlimt” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb
- “Turan Tovuz”un legioneri: "Qarabağ"a qarşı istədiyin nəticəni qazanmaq çətindir" - Müsahibə