Joao Feliks “Çelsi”yə lazım olmadı
30.05.2023 - 17:02
Joao Feliks icarədə olduğu “Çelsi”də qalmayacaq.
Apasport.az saytının məlumatına görə, bunu “Atletiko”nun prezidenti Enrike Sereso açıqlayıb.
O bildirib ki, portuqaliyalı yarımmüdafiəçi Madrid klubuna qayıdacaq. Buna “Çelsi”nin yeni baş məşqçisi Maurisio Poçettinonun qərarı səbəb olub. Argentinalı Feliksin qalmasına ehtiyac görməyib.
Qeyd edək ki, Joao bu ilin yanvarında icarəyə verilib. O, “Çelsi”də keçirdiyi 20 oyunda 4 qol vurub.
- “İmişli”dən ilin ilk transferi - razılaşma əldə olunub
- Şotlandiya antirekordla Avropa çempionatı tarixinə düşdü
- “Mançester Yunayted”in acınacaqlı halı - “qızıl top” üçün əzəli rəqibdən xahiş ediblər
- Xabi Alonso: "İlk qoldan sonra komandanın çox istəkli olduğunu gördüm"
- Uzun müddətdən sonra Neymar meydana çıxıb
0
0