Jorje Jeşuş rəsmən "Əl-Nəsr"də
14.07.2025 - 23:43
Jorje Jeşuş rəsmən "Əl-Nəsr"də

Səudiyyə klublarından "Əl-Nəsr" yeni baş məşqçisini açıqlayıb.

Apasport.az xəbər verir ki, müvafiq post portuqaliyalı Jorje Jeşuşa tapşırılıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

70 yaşlı məşqçi ilə müqavilənin müddəti və detalları açıqlanmayıb.