Kamavinqa Bundesliqa yolunda
18.04.2025 - 13:36
“Real Madrid”in gənc yarımmüdafiəçisi Eduardo Kamavinqa gələn mövsümdən Almaniya Bundesliqasında çıxış edə bilər.
Apasport.az “Fichajes” nəşrinə istinadla xəbər verir ki, Münhenin “Bavariya” klubu 21 yaşlı fransız futbolçunun transferinə ciddi maraq göstərir.
Bildirilir ki, Almaniya nəhəngi Kamavinqanı heyətinə cəlb etmək üçün 100 milyon avroya qədər büdcə ayırmağa hazırdır.
Qeyd edək ki, Kamavinqa bu mövsüm “Real”ın heyətində 32 matçda meydana çıxıb, 2 qol və 2 assistlə yadda qalıb.
- Millimiz bu növ üzrə Paris-2024-ə ən çox vəsiqə qazanan ölkələrdən biridir
- Cüdoçularımız dünya reytinqində liderdir
- Rəşad Rəsullu: "O, intizamsızlığa görə imtahandan kəsildi"
- Rahid Əmirquliyev: "Estoniyaya uduzsaq da, Byazi gedən deyil " - MÜSAHİBƏ
- Nuno Qomeş “Qarabağ”dan danışdı: “Gec-tez çoxlu mükafatlar alacaqlar”
0
0