Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqa millinin məşqində iştirak etməyib.
Apasport.az xəbər verir ki, bu barədə "Lequipe" məlumat yayıb.
Mənbənin məlumatına görə, 21 yaşlı yarımmüdafiəçinin sağ topuq nahiyəsində ağrılar var. Zədəsinin ciddi olmadığı üçün o, bu gün məşqlərə başlayacaq.
Xatırladaq ki, Kamavinqa Hollandiya ilə qarşılaşmada özünü yaxşı hiss etmədiyi üçün matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, Avropa çempionatının 2-ci turundan sonra Fransa yığması 4 xalla D qrupunun turnir cədvəlində ikinci yerdədir. Komanda üçüncü turda Polşa ilə qarşılaşacaq.
- İdmançımız Türkiyədə keçirilən beynəlxalq turnirdə çempion olub
- Türkiyə klubu "Qarabağ"a qol vuran futbolçu ilə maraqlanır
- Qar voleybolu üzrə Azərbaycan çempionatının finalçıları müəyyənləşib
- “Sambaçılar”a Neymar şoku - Qrup mərhələsində oynamayacaq
- "Real"ın yeni hədəfi: Perez "Atletiko"nun ulduzunu istəyir