Kapitan "Bavariya"da qaldı - Noyerlə daha 1 il
16.05.2026 - 11:41
"Bavariya" kapitanı Manuel Noyerin mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə Almaniya çempionunun mətbuat xidməti məlumat yayıb.
40 yaşlı qapıçı ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Manuel Noyer 2011-ci ilin yayından "Bavariya"da çıxış edir.
Almaniya millisinin üzvü cari mövsümdə Münhen təmsilçisinin heyətində 36 rəsmi matçda meydana çıxıb.
- “Araz-Naxçıvan”ın legioneri: "Məqsədimiz Avropaya getməkdir" - Müsahibə
- Zlatko Daliç “Ayaks”ın təklifini rədd etdi
- ABŞ çempionatının ən dəyərli oyunçusu mükafatına namizədlər müəyyənləşib
- Qazaxın Daş Salahlı kəndində yeni sərbəst güləş zalı istifadəyə verilib
- “Turan Tovuz”un Serrano planı: QƏRAR VERİLDİ
0
0