Kardoso qəzaya düşdü
06.04.2023 - 14:14
Paraqvaylı futbolçu Oskar Kardoso avtomobil qəzasına düşüb.
Apasport.az saytı xəbər verir ki, vətənində “Libertad” klubunun şərəfini qoruyan 40 yaşlı hücumçunun idarə etdiyi “Toyota Land Cruiser”lə markalı avtomobil “Mercedes”lə toqquşub.
“Trabzonspor” və “Olimpiakos”un sabiq futbolçusu həmin an qəzadan yayınmağa çalışsa da, bu dəfə ehtiyatsızlıqdan avtomobilini işıq dirəyinə çırpıb. Xəsarət alan olmasa da, avtomobillər sıradan çıxıb.
- Azərbaycanlı hakim beynəlxalq turnirə təyinat alıb
- "Fənərbaxça"nın arzuladığı futbolçu İtaliyada qalmaq istəyir
- Sərbəst güləşçilərimiz dünya çempionatının finalına yüksəlib
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Qurban Qurbanov: “Həyata gəlməyim sanki möcüzə olub”
0
0