Karrasko “Əl Şabab”a doğru
31.08.2023 - 14:44
Daha bir futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə razılıq verib.
Apasport.az saytı xəbər verir ki, Madrid "Atletiko"sunun yarımmüdafiəçisi Yannik Karrasko “Əl Şabab”a keçməyə yaxındır.
Belçika millisinin də şərəfini qoruyan 29 yaşlı orta xətt oyunçusu ərəblərlə şəxsi müqaviləsini razılaşdırıb. Hazırda ispanlarla danışıqları davam etdirən yarımada təmsilçiləri transferi yaxın günlərdə tamamlamağı planlaşdırır.
Qeyd edək ki, bu mövsüm 3 matçda iştirak edən Karrasko 1 assistlə yadda qalıb.
- “Sumqayıt” "Səbail"ə qalib gəlib, sonuncu pilləni tərk etdi - YENİLƏNİB
- Azərbaycan millisinin Avropa çempionluğu münasibətilə konset keçirildi - FOTOLENT
- “Sürix”in prezidentindən etiraf: “Qarabağ” bizdən güclü idi”
- Frenk Lempard bu komandanın baş məşqçisi oldu - Rəsmi
- "Beşiktaş" oyunçusunu icarəyə göndərdi
0
0