Braziliyalı yarımmüdafiəçi Kazemiro karyerasını ABŞ-də davam etdirəcək.
İnsayder Fabritsio Romanonun məlumatına görə, futbolçu "İnter Mayami" ilə razılığa gəlib və transferin yaxın vaxtlarda rəsmiləşdirilməsi gözlənilir.
Tərəflər arasında danışıqlar uzun müddətdir davam edirdi və artıq son mərhələyə çatıb.
Bildirilir ki, Kasemiro Dünya çempionatını başa vurduqdan sonra yeni klubuna qoşulacaq.
34 yaşlı dayaq yarımmüdafiəçisi ABŞ təmsilçisində Lionel Messi, Luis Suarez və Rodriqo De Paul kimi ulduzlarla eyni komandada çıxış edəcək.
Qeyd edək ki, Kazemiro 2022-ci ildən "Mançester Yunayted"in formasını geyinirdi. Təcrübəli futbolçu daha əvvəl "Real Madrid"lə 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.