“Güman edirəm ki, Erik ten Haq Kriştiano Ronaldonu “Çelsi” ilə oyuna saxlayıb. Onun “Tottenhem”lə matçda iştirak etməməsinin yeganə məntiqli səbəbi budur”.
Apasport.az saytının məlumatına görə, bunu “Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand deyib.
Keçmiş müdafiəçi Ronaldonun ötən turda “Tottenhem”lə görüşdə meydana çıxmamasını onun növbəti tur üçün qorunmasında görür. Ferdinan eyni zamanda baş məşqçiyə portuqaliyalı ilə bağlı təklif də edib: “Erik ten Heq növbəti transfer pəncərəsində nə edəcəyini düşünməlidir. Ronaldonu start heyətində görmürsə, onunla müqaviləni pozmalıdır. Klub onu sərbəst buraxmalıdır”.
Qeyd edək ki, “Tottenhem”lə (2:0) qarşılaşmaya ehtiyatdan başlayan Ronaldo görüşün 90-cı dəqiqəsində final fitini gözləmədən arenanı tərk edib.
- Füzuli Məmmədov: “Premyer Liqaya yenidən geri qayıtmaq istəyiriksə…”
- “Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
- “Frayburq”ın baş məşqçisi: “Qarabağ” üçün bəxtsizlikdir"
- "Fənərbaxça"dan Talişkaya yeni təklif - Braziliyalı qərarsızdır
- "Fənərbaxça" kapitanı ilə müqavilə yenilədi