Kerem Aktürkoğlunun yeni mövsümdə “Qalatasaray”da olmayacağı ilə bağlı iddialar var.
İspaniya təmsilçisi “Real Sosyedad” türkiyəli futbolçu üçün 12 milyon avrosundan keçməyə hazırdır. Apasport.az məlumat verir ki, bu barədə Türkiyə mediasında xəbərlər yayılıb.
İstedadlı futbolçunu istəyənlər arasında Səudiyyə Ərəbistanı klubları da var. Kerem özü isə İspaniyaya yollanmağı daha çox istəyir.
İddia edilir ki, tərəflər arasında rəsmi görüşlər gələn həftədən başlayacaq.
Qeyd edək ki, Kerem Aktürkoğlu ötən sezon “Qalatasaray”ın heyətində 54 oyuna çıxıb. 25 yaşlı oyunçu 15 qol vurub, 9 qol ötürməsi edib.
- Alvesi 12 ilədək həbs gözləyir – məhkəmənin vaxtı
- Kurban Berdıyev: “Azərbaycandakı uğurum karyeramda xüsusi yer tutur”
- Bəxtiyar Musayev: “Ümidsizliyə qapılmağım bərbad baş məşqçisinin olmasıdır” - MÜSAHİBƏ
- Millimizin Slovakiya ilə oyunda kapitanı o olacaq
- "Atletik" Valverde ilə "yola davam" dedi - RƏSMİ