Kerem Aktürkoğlu La Liqa nəhənginin radarında
17.10.2024 - 10:38
İspaniyanın “Atletiko” klubu “Benfika”nın futbolçusu Kerem Aktürkoğlu ilə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə “Diario Gol” nəşri məlumat yayıb.
Madrid klubu qış transfer dönəmində türkiyəli cinah oyunçusunu heyətinə qatmaq istəyir.
Kerem bu ilin yayında “Qalatasaray”dan “Benfika”ya keçib.
O, Portuqaliya klubunda 5 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib. Futbolçunun “transfermarkt”da dəyəri 18 milyon avrodur.
- "Neftçi"nin zədəlilərinin son durumu açıqlandı
- Daha bir təmsilçimiz Paris-2024-də məğlubiyyətlə üzləşib
- Taekvondoçumuz “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığını davam etdirir
- Dünya mediası "Qızıl top" barədə nə düşünür? - ARAŞDIRMA
- Boks üzrə U-22-lərin Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək
0
0